Əminliklə deyə bilərik ki, bir çox məşhur iş adamı uşaqlıqdan uğurlu olmağa məhkum idi.
Este Lauder (Estée Lauder-in həmtəsisçisi)
Lauder gənc yaşda əmisinin, şirkəti kosmetika satışı ilə məşğul olan dermatoloqun işinə böyük maraq göstərirdi. O, məhsullarının birinə Super-Rich All Purpose Cream adını verdi və əmisinin mağazasından dostlarına satmağa başladı.
İnqvar Kamprad (IKEA-nın təsisçisi)
Uşaq ikən İnqvar küçələrdə velosiped sürərək qonşularına kibrit satırdı. Onları toplu olaraq alırdı, sonra isə daha yüksək qiymətə verirdi. Daha sonra o, 17 yaşında IKEA-nı qurana qədər digər məişət əşyalarının satışına keçdi.
Ceff Bezos (Amazon-un qurucusu)
Yeniyetmə ikən Bezos bir qız yoldaşı ilə DREAM Institute adlı uşaqlar üçün yay düşərgəsini qurdu. Düşərgəyə giriş bileti $600 qiymətinə idi və yalnız altı nəfər üçün nəzərdə tutulurdu. 10 gün ərzində uşaqlara qara dəliklər, Hulliverin səyahətləri və nüvə müharibəsi haqqında məlumat verilirdi.
Kevin Plank (Under Armour-un sahibi)
Plank 10 yaşıda qazon biçərək pul qazanmağa başladı. 14 yaşında o, Grateful Dead çıxışlarında bilərziklər, digər yerli konsertlərdə isə köynəklər satışına keçdi. Eyni zamanda Plank universitetdə də qızılgül sataraq pul qazanmağa davam etdi.
Maks Levçin (PayPal-ın həmtəsisçisi)
Levçin uşaqlıda proqramlaşdırmaya böyük maraq göstərsə də, buna vaxt ayırmağa vaxtı olmayıb. Yerli universitetin dövlətdən kompüter aldığını, lakin onda heç bir proqramın olmadığını öyrəndikdə, dərsdənkənar vaxtlarda proqramçı xidmətlərini təklif etməyə başladı.
Maykl Dell (Dell-in qurucusu)
Hələ tələbə ikən Maykl Dell kompüterlər yığıb digər tələbələrə yerli mağazalarda təklif olunan qiymətdən aşağı qiymətə satırdı. Zaman keçdikcə o, peşəsini biznesə çevirdi və indi onun adı fərdi kompüterlərlə bağlıdır.
Riçard Brenson (Virgin Group-un qurucusu)
16 yaşında Brenson ilk biznesi olan Student jurnalını açmaq üçün məktəbi atdı. Bu nəşr gənclərə öz mədəniyyəti barədə danışmağa imkan verdi. İlk nüsxələr çıxandan sonra keçmiş məktəbin direktoru ona yazdı: “Məncə, sən ya həbsə düşəcəksən, ya da milyonçu olacaqsan”.
Uorren Baffet (investor)
Yeniyetmə ikən Baffet qəzetlər çatdırırdı, saqqız və qolf topları satırdı, əldə etdiyi pulu isə pinbol oyunu avtomatlarını almaq üçün xərcləyirdi. Bir qədər sonra o, daha üç bərbərxanaya belə avtomatlar quraşdırdı, sonda isə $1200 qiymətinə müharibə veteranına satdı.