Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP)birgə müəssisəsinin nizamnamə kapitalı kəskin artırılıb.
Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.
Məlumata görə, “SOCAR-STP” MMC-nin nizamnamə kapitalı 1 700 000 manatdan 10 000 000 manata qədər artırılıb.
Bu da 8 300 000 manat, yaxud 5.9 dəfə artım deməkdir.
SOCAR-STP 2020-ci ildə yaradıldı və şirkətin yaradılmasında məqsəd mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə etmək və qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir.
SOCAR və STP hər biri 50% olmaqla şirkətdə paya sahibdirlər.