20 C
Baku
Sunday, May 26, 2024

“AzerGold” 10 manatlıq şirkətdən 283 min manatlıq məsləhət alacaq

“AzerGold” QSC-nin “Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işləri üçün məsləhət xidmətlərinin satın alınması” ilə bağlı elan etdiyi tenderin nəticəsi açıqlanıb.

Banker.az xəbər verir ki, tenderin qalibi “Creat Company” MMC-dir.

“AzerGold” QSC qalib şirkətə 283 200 manat ödəyəcək.

Qeyd edək ki, “Creat Company” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Elnur Məmmədov Cəmaləddin oğludur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər