Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin ümumi parklanma baş planı hazırlanıb.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyetinin sədri Vüsal Kərimli deyib.
O qeyd edib ki, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, gecə yatdığı yerlər əsas işlək küçələrə uyğun şəkildə qiymət tarifi hazırlanıb.
“Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir”, deyə o bildirib.