6 C
Baku
Saturday, December 14, 2024

Bu gün keçirilən hərracda 17 avtomobil özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 1-də keçirilən növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, özəlləşdirilən nəqliyyat vasitələrinə ümumilikdə 75 sifariş verilib. Sifarişlərin çox olması isə hərracı rəqabətli edib. Belə ki, buraxılış tarixi 2008-ci il olan “Nissan Urvan” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 6.500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 12.200 manata yüksəlib. Həmçinin, ilkin start qiyməti 10.500 manat olan “Toyota Camry” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 15.850 manata özəlləşdirilib.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 164.900 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər