Avropada təbii qazın qiyməti bir min kubmetrə görə 900 dollardan aşağı düşüb. V
Banker.az xəbər verir ki, Hollandiya TTF indeksi üzrə fevral fyuçerslərinin qiyməti 8% düşərək 899.99 dollar olub.
Rusiya qazının Ukrayna ərazisindən nəqli “adi səviyyəyə yaxınlaşandan” sonra Avropada qazın qiyməti kəskin aşağı düşməyə başlayıb.
21 dekabr 2021-ci ildə Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 2000 dolları ötüb. Sonrakı günlərdə regionda istilik sisteminin bərpası fonunda qiymət korreksiya edilib.