12 C
Baku
Monday, November 25, 2024

Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq ediləcək

Avstriya Federal Şurası (parlamentin yuxarı palatası) 18 yaşdan yuxarı sakinlər üçün məcburi koronavirus peyvəndini tətbiq edən qanunun qəbuluna səs verib.

Bu barədə TASS xəbər verir.

Parlamentarilərin səsverməsi Avstriya hökumətinin bu qanunvericilik təşəbbüsünün müzakirəsindən sonra baş tutub.

Layihənin lehinə 47 deputat, əleyhinə 12 deputat səs verib. Ümumilikdə 61 deputatdan 59-u səs verib.

Qanun respublika prezidenti tərəfindən imzalanmalıdır. O, yalnız federal qanunlar reyestrində dərc edildikdən sonra qüvvəyə minə biləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər