6 C
Baku
Sunday, December 15, 2024

Zuckerberq $27 mlrd. itirərək dünyanın ən zəngin insanlarının ilk onluğundan çıxdı

“Meta”nın (keçmiş “Facebook”) qurucusu Mark Zuckerberq şirkətin səhmlərinin ucuzlaşması fonunda 27 milyard dollar itirib və “Forbes”a əsasən, dünyanın ən varlı adamlarının ilk onluğundan çıxıb.

Banker.az xəbər verir ki, reytinqdə 12-ci yerə düşüb. İndi sahibkarın sərvəti 87.4 milyard dollar olaraq qiymətləndirilir.

Xatırladaq ki, “Meta” hesabatının dərcindən sonra şirkətin səhmləri 23% ucuzlaşıb. Sənədə görə, 2021-ci ilin dördüncü rübündə “Meta”nın gəliri 28 milyard dollardan 33.67 milyard dollara yüksəlib, xalis mənfəəti isə 8% azalıb (11.22 milyard dollardan 10.28 milyard dollara). Səhm üzrə mənfəət gözlənilən 3.84 dollara qarşı 5% azalaraq 3.67 dollar təşkil edib. Bununla yanaşı, “Facebook” istifadəçilərinin sayı da tarixdə ilk olaraq 1 milyon nəfər azalıb.

“Bloomberg” qeyd edib ki, Zuckerberqin kapitalının azalması tarixdə ən böyük günlük sərvət itkilərindən biri olub.

Son xəbərlər
Digər xəbərlər