8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişiklikləri olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus iki şirkətin rəhbərliyi dəyişdirilib.

“Bakı 1 №-li Yol İstismarı” MMC-yə Zaur Həmzəyev, “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə isə Etibar Kərimov yeni direktor təyin edilib.

Onlar bu vəzifələrdə müvafiq olaraq Şahin Süleymanovu və Zaur Həsənovu əvəzləyiblər.

“Bakı 1 №-li Yol İstismarı” 1995-cü ildə, “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” isə 2004-cü ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 49,3 milyon manat və 0,07 milyon manatdır.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər