08 fevral 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 36.6 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Bu da 2021-ci ilin iyun ayının 14-dən bu tərəfə (30.3 mln. dollar) ən aşağı göstəricidir.
Beləliklə, fevralın ilk üç hərracında cəmi 151 mln. dollar nağd ABŞ dolları satılıb ki, bu da yanvarla müqayisədə 53.3% azdır.