10 C
Baku
Monday, November 18, 2024

Neftin qiyməti yenidən 7 illik maksimumlara doğru istiqamətlənir

ABŞ-də neft ehtiyatlarına dair API-ın açıqlamasından sonra neftin qiyməti yenidən bahalaşaraq 7 illik maksimumlara istiqamətlənib.

Banker.az xəbər verir ki, Londonun ICE birjasında aprel fyuçersləri üzrə Brent nefti 45 sent ( 0.50%) bahalaşaraq 91.23 dollar/barrel təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 41 sent (0.46%) bahalaşmaqla 89.74 dollar/barrel olub.

API-ın açıqlamasına görə, anbarlarda olan yanacağın həcmi 2 mln. barrel azalıb, halbuki, investorlar 400 min barrel düşəcəyini proqnoz etmişdilər.

Son xəbərlər
Digər xəbərlər