Azərbaycan iqtisadiyyatında real sektorun kreditləşməsində üç bankın payı ümumi sektorun 50%-ni təşkil edir.
Banker.az-ın 1 yanvar 2022-ci il üçün tərtib etdiyi analitikaya görə, ölkədə biznes kreditləri üzrə portfelin 24%-i ABB-yə, 16%-i PAŞA Bank-a, 10%-i isə Xalq Bank-a məxsusdur.
Qeyd edək ki, bank sektoru biznesə verdikləri kredit portfeli hazırda 9.7 mlrd. manatdır.