Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, “Saudi Aramco” neft şirkətinin səhmlərinin 4 faizinin Dövlət İnvestisiya Fonduna köçürüldüyünü açıqlayıb.
Banker.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.
Bildirilib ki, səhmlərin köçürülməsindən sonra dövlət “Saudi Aramco”nun ən böyük səhmdarı olaraq qalacaq.
Qeyd edək ki, “Aramco” – dünyanın ən böyük neft şirkətlərindən biridir, hazırda bazar dəyəri 1.3 trilyon dollar təşkil edir