2022-ci ilin yanvar ayında ölkədə 9 milyard 257.6 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.8 faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.6 faiz, qeyri neft-qaz sektorunda isə 8.8 faiz artmışdır.
ÜDM istehsalının 54.4 faizi sənaye, 8.4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.0 faizi tikinti, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.4 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15.6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7.2 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 922.2 manata bərabər olmuşdur.