6 C
Baku
Saturday, December 14, 2024

Kimin pulu daha dəyərlidir!?

Hadisə hələ valyuta məzənnələrinin tam olaraq tətbiq edilmədiyi illərdə ABŞ-Kanada sərhəddində yerləşən bir şəhərdə baş verib. Bu zaman ABŞ və Kanada valyuta vahidi olaraq “dollar”-dan istifadə edirdilər. Lakin hər iki ölkə öz valyutasının daha dəyərli olduğunu iddia edirdi.

Belə ki, kanadalıların fikrincə:

1 ABŞ Dolları= 90 Kanada senti,

Amerikalıların fikrincə isə:

1 Kanada Dolları= 90 ABŞ sentidir.

Bir amerikalı şəhərə gəzməyə çıxdıqda cibində cəmi 1 dolları var idi. O acdıqda qoğal almaq qərarına gəlir. Qoğalın dəyəri isə 10 sentdir. Amerikalı cibindəki 1 dolları satıcıya uzadır. Satıcı isə pulun qalığını qaytarmaq üçün ciblərini axtarmağa başladıqda 1 Kanada dolları tapır və qalığ olaraq onu qaytarır (axı, 90 sentə bərabər idi!). Amerikalı gəzə-gəzə sərhəddi keçir və indi də Kanada da gəzməyə başlar. Bu zaman o qələmə ehtiyacı olduğunu xatırlayır və dəftərxanaya üz tutur. Qələmin qiyməti isə 10 Kanada senti idi.

Amerikalı cibindəki 1 Kanada sentini satıcıya verir. Satıcı isə pulun qalığı olaraq 1 ABŞ dolları qaytarır. Həmin adam buradan çıxaraq evinə gedir və düşünməy başlayır:

– Səhər evdən çıxarkən cibimdə 1 ABŞ dollarım var idi. İndi də 1 ABŞ dollarım var. Bəs qoğalla, qələmin pulunu kim verdi?

Son xəbərlər
Digər xəbərlər