13 C
Baku
Sunday, November 24, 2024

PAŞA Kapital İnvestisiya Şirkəti Bank Respublika ASC-nin 15 milyon manatlıq növbəti istiqraz buraxılışını həyata keçirəcək

®PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən 18 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Bank Respublika ASC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazları yerləşdiriləcəkdir. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, ümumi həcmi 15 000 000 manat, tədavül müddəti 2 il, illik faiz dərəcəsi 8,5 faiz təşkil edir. Hərracda iştirak etmək istəyən investorlar PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.

Xatırladaq ki, bu buraxılış Bank Respublika ASC-nin son 3 ayda artıq ikinci istiqraz buraxılışıdır. Birinci buraxılış zamanı istiqrazlara tələbat təklifdən artıq olmuş və hərracın nəticələrə görə istiqrazlar üzrə gəlirlilik 8,30 faiz təşkil etmişdir. 

 

Müraciət üçün: +994 12 493 33 66

                         +994 55 226 33 66

Son xəbərlər
Digər xəbərlər