11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan quş qripinə görə idxal və tranzitə müvəqqəti məhdudiyyət qoydu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, İspaniya Krallığının Andalusiya muxtar icmasında, Seneqal Respublikasının Ties regionunda, Slovakiya Respublikasının Jilina diyarında, Portuqaliya Respublikasının Lissabon dairəsində və Kanadanın Yeni Şotlandiya əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İsrail Dövlətinin Mərkəz dairəsindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın  idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, İspaniya Krallığının Andalusiya muxtar icmasından, Seneqal Respublikasının Ties regionundan, Slovakiya Respublikasının Jilina diyarından, Portuqaliya Respublikasının Lissabon dairəsindən və Kanadanın Yeni Şotlandiya əyalətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail Dövlətindən, İspaniya Krallığından, Seneqal Respublikasından, Slovakiya Respublikasından, Portuqaliya Respublikasından və Kanadadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər