Tehranda binada partlayış olub, 9 nəfər ölüb

İranın paytaxtı Tehran şəhərində baş vermiş partlayışda 9 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə Tehranın Robat Kərim bölgəsində 3 mərtəbəli binada baş verib.

Məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Partlayış nəticəsində bina tamamilə dağılıb.

Dağıntılar altında qalanların xilas edilməsi üçün işlər davam etdirilir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər