18 C
Baku
Friday, September 20, 2024

Şirkət direktoruna cinayət işi açıldı, Ukraynadan ölkəyə gətirildi

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu tərəfindən təmin edilib.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edildiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 17.11.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

N.Kərimov 13.01.2022-ci il tarixdə Ukraynada müəyyən edilərək saxlanılıb. 17.02.2022-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov Ukraynadan Azərbaycana gətirilib.

Son xəbərlər
Digər xəbərlər