17 C
Baku
Friday, October 18, 2024

ATƏT sabah Rusiya-Ukrayna məsələsinə görə təcili toplanır

Sabah-fevralın 18-də Polşanın sədrliyi ilə ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclası keçiriləcək.

TASS xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib.

İclas Ukrayna XİN-in müraciəti əsasında baş tutacaq.

Toplantıda Rusiya ilə Ukrayna sərhədindəki durum müzakirə olunacaq.

Qeyd edək ki, hazırda ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna Azərbaycan sədrlik edir.

Son xəbərlər
Digər xəbərlər