“Spotify” xidməti komik və podkast müəllifi Co Roqanla 200 milyon dollarlıq müqaviləyə imza atıb.
Banker.az xəbər verir ki, “The New York Times”ın vurğuladığı kimi, müqavilə 3.5 il üçün nəzərdə tutulub və Roqanın yalnız “Spotify”da podkastlarla məşğul olacağını nəzərdə tutur.
Roqan dünyanın ən məşhur podkastı “The Joe Rogan Experience”in müəllifidir. Onun sözlərinə görə, 2019-cu ildə bu şou 190 milyon dəfə yüklənib.
“Spotify” bir neçə ildir ki, podkastlara bahis edir. Xidmət bu seqmentə təxminən 1 milyard dollar sərmayə qoyub. Roqan ilə bağlanan müqavilə ən diqqətçəkən sövdələşmələrdən biri olub.
2022-ci ilin əvvəlində komediyaçının podkastı peyvəndlərin mümkün faydasızlığı haqqında danışan bir həkimin iştirak etdiyi epizodla bağlı mübahisəyə səbəb olub. Bəzi musiqiçilər açıq şəkildə musiqilərinin silinməsini tələb ediblər. “Spotify” bildirib ki, Roqan ilə eksklüziv müqaviləsi olsa da, xidmətin buraxılışların kontentinə nəzarəti yoxdur.