Ötən ay xaricdən ölkəyə $4 mln. 005.42 min dəyərində 844.22 ton çay idxal edilib. Bu göstəricilər 2021-ci ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 59.1% və 18.7% çoxdur.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar ayında ölkəyə gətirilən 711.09 ton çay üçün $2 mln. 517.16 min vəsait xərclənmişdi.