10 C
Baku
Saturday, November 23, 2024

“Putin Ukraynaya hücum edəcək, hədəf Kiyevdir” – Bayden

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etmək qərarına gəlib”.

Bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

O, Ağ Evdə jurnalistin “Prezident Putin Ukraynaya hücum etmək niyyətindədirmi” sualına “hə” deyərək cavab verib.

“Rusiya qüvvələri hazırda Ukraynanı mühasirəyə alıb. Hesab etməyə əsasımız var ki, Rusiya qüvvələri gələn həftə, qarşıdakı günlərdə Ukraynaya hücum etməyi planlaşdırırlar və niyyətindədirlər. Biz hesab edirik ki, onlar hədəf olaraq Ukraynanın paytaxtı – 2,8 milyon günahsız insanın yaşadığı Kiyev şəhərini seçəcəklər”, – deyə Bayden əlavə edib.

 

 

Son xəbərlər
Digər xəbərlər