Paris vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) Rusiya Prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı başlayıb.
Bu barədə “Agence France-Presse” Yelisey sarayına istinadən xəbər verir.
“Prezident Putinlə söhbət, planlaşdırıldığı kimi, səhər saat 11-də başlayıb”, – məlumatda deyilir.