Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynaya müdaxilə edildiyi təqdirdə, təşkilatın Qərbi Rusiyanın “ən zəif nöqtəsinə” vurmağa hazır olduğunu açıqlayıb.
Banker.az xəbər verir ki, siyasətçi aydınlaşdırıb ki, söhbət yeni iqtisadi sanksiyaların tətbiqindən gedir. Onun sözlərinə görə, bu, ölkənin “beynəlxalq maliyyə bazarlarından praktiki olaraq kəsiləcəyi” anlamına gəlir.
“Biz əlimizdə olan ən güclü rıçaqla cavab verəcəyik: iqtisadi və maliyyə sanksiyalarla – Rusiyanın ən zəif nöqtəsi”, – deyə Ursula fon der Leyen söyləyib.
Fon der Leyen həmçinin iqtisadi məhdudiyyətlərin Moskvanın iqtisadiyyatı modernləşdirməsi və diversifikasiyası üçün ehtiyac duyduğu “bütün istehsal mallarına” təsir edəcəyini vurğulayıb.