11 C
Baku
Friday, November 15, 2024

Mərkəzi Bank cari ildə ödəniş sistemlərinə nəzarət çərçivəsinin yaradılmasını hədəfləyir

Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə bank olmayan ödəniş xidmətlərinə nəzarət çərçivəsinin yaradılmasını hədəfləyir.

Banker.az xəbər verir ki, bu barədə AMB-nin bu il üçün plan hədəfində bildirilir.

2022-ci il ərzində Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankının 2021-2023-cü illər üçün rəqəmsal ödəniş strategiyası”nın hədəflərinə uyğun olaraq, aşağıdakı istiqamətlər üzrə tədbirlər davam etdiriləcəkdir:

  • Ödəniş və informasiya sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi;
  • Bank olmayan ödəniş xidməti təchizatçılarının nəzarət çərçivəsinin yaradılması;
  • “Azərbaycan Respublikasının Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022
  • beynəlxalq standartının tətbiq edilməsi;
  • Ani Ödəniş Sisteminin əhatə dairəsinin genişləndirilməsi;
  • Rəqəmsal ödənişlər üzrə təşviqat və təbliğat tədbirlərinin genişləndirilməsi.

Eyni zamanda, qeyd edilən strategiyanın və müasir dövrün tələblərinə uyğun olaraq, rəqəmsal bankçılıq üzrə indikator göstəricisinin4 2022-ci il üçün 80%-ə, ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisinin isə 40%-ə çatdırılması hədəflənib.

 

Son xəbərlər
Digər xəbərlər