10 C
Baku
Wednesday, November 27, 2024

Şarl Mişel və Volodimir Zelenski arasında telefon danışığı olub

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bunu Aİ Şurasının rəhbəri tviterdə yazıb.

“Avropa İttifaqının Ukrayna ilə tam həmrəyliyini ifadə etmək üçün Prezident Zelenski ilə danışdım. Aİ qətiyyətlə sizin tərəfinizdədir və Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir. Rusiyanın bu addımı beynəlxalq hüquqa və qaydalara əsaslanan beynəlxalq nizama qarşı hücumdur”, – o bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər