12 C
Baku
Saturday, November 23, 2024

Kanada Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək

Kanada “DXR” və “LXR” adlanan separatçı qurumların müstəqilliyinin tanınması ilə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək.

Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli deyib:

“Kanada tərəfdaşları və müttəfiqləri ilə birlikdə beynəlxalq hüquqa bu açıq-aşkar etinasızlığa sərt cavab verəcək.

Biz Rusiyanın Ukraynaya növbəti hərbi müdaxiləsinə cavab vermək üçün əvvəllər hazırlananlardan fərqli olacaq iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşırıq”, – deyə Coli bildirib.

Onun sözlərinə görə, Kanada Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə israrlıdır.

“Kanada prezident Putinin qərarını qətiyyətlə pisləyir. Bu, Minsk razılaşmalarının, BMT Nizamnaməsinin açıq-aşkar pozulması, o cümlədən regionun təhlükəsizliyi və sabitliyinə ciddi təhdiddir”, – deyə nazir bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiya tərəfindən “respublikaların” tanınması ilə əlaqədar “LDXR”ə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb .

Böyük Britaniya hökuməti də Rusiyaya qarşı sanksiyalar paketi hazırlayıb.

Yaponiya isə sanksiyalar çərçivəsində Rusiyaya qabaqcıl texnologiyaların ixracını məhdudlaşdırmağı planlaşdırır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər