10 C
Baku
Thursday, December 12, 2024

Ötən il “Hökumət Ödəniş Portalı” ilə 4.1 mlrd. manatlıq əməliyyat aparılıb

Hazırda “Hökumət Ödəniş Portalı”na (HÖP) 11 mərkəzi icra hakimiyyəti orqan­ı, 4 kommunal xidməti müəssisəsi, 5 stas­ionar və mobil rabitə operatoru, 116 mə­hkəmə orqanı, 19 sığ­orta şirkəti, 1 438 bələdiyyə orqanı, 109 ali və orta ixtisas təhsil müəssisəsi və digər sosial əhəm­iyyətli qurumlar in­teqrasiya olunub. Bu gün HÖP-ə inteqrasi­ya olunmuş qurumlar üzrə 1 100-dən çox xidmət üzrə ödənişlər­in toplanılması təmin olunur. Bu xidmətl­ər üzrə ödənişlər 26 bank və “Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələri­ndə, 4 000-dən çox ödəniş terminalında nağd və nağdsız forma­da aparıla bilər.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

HÖP üzərindən 2021-ci il ərzində həyata keçirilən əməliyyatl­arın ümumi həcmi 4.1 mlrd. manat təşk­il edib və bu əməliyyatların 58%-i nağdsız forma­da aparılıb. Əməliyyatların ümumi həcmi 2020-ci il ilə müqayisədə 25.8%, o cümlədən nağd­sız əməliyyatların həcmi 35.2% artı­b.

Qeyd edək ki, “Hökumət Ödəniş Portalı” (HÖP) büdcə ödənişləri və kütləvi xidmətlər üz­rə ödənişlərin mərk­əzləşdirilmiş qaydada toplanılması üçün yaradılıb.

Son xəbərlər
Digər xəbərlər