9 C
Baku
Thursday, December 12, 2024

Kanada, Yaponiya və Avstraliya Rusiyaya qarşı sanksiyalar tətbiq edib

Kanada, Yaponiya və Avstraliya hökuməti Donetsk və Luqansk Xalq Respublikalarının tanınmasına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Banker.az xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo iqtisadi sanksiyaların “birinci raundu”nu açıqlayıb. Onun sözlərinə görə, məhdudiyyətlər “DXR” və “LXR”in müstəqilliyinin tanınmasını dəstəkləyən deputatlara təsir edəcək. Bundan əlavə, kanadalılara respublikalarla maliyyə əməliyyatları aparmaq qadağan olunacaq.

Avstraliyanın Baş naziri Skott Morrison da bir sıra rus şəxslərə qarşı sanksiyaların tətbiq ediləcəyini etiraf edib.

“İlk növbədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının 8 üzvünə qarşı ölkəyə giriş qadağası və məqsədyönlü maliyyə sanksiyaları tətbiq edəcəyik”, – deyə Skott söyləyib.

Bundan əlavə, hökumət “Krım və Sevastopol”a aid olan mövcud sanksiyaları genişləndirəcək: indi onlar “Donetsk və Luqansk bölgələrinə” şamil olunacaq. Xatırladaq ki, daha əvvəl ABŞ və Böyük Britaniya da Rusiyaya qarşı sanksiyalar tətbiq etmişdi.

Yaponiyanın Baş naziri Fumio Kisida Rusiya istiqrazlarının buraxılmasına qadağa qoyub, eyni zamanda bir sıra fiziki şəxslərin aktivlərinin dondurulması barədə qərar qəbul edib.

Baş nazirin sözlərinə görə, Rusiyaya qoyulan məhdudiyyətlərə həmçinin “DXR” və “LXR”dən idxalın və bu bölgələrə ixracın qadağası daxildir.

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-i Donbass respublikalarının tanınması haqqında fərman imzalayıb. O, qərarını Kiyevin Minsk razılaşmalarını yerinə yetirməkdən imtina etməsi ilə izah edib.

Son xəbərlər
Digər xəbərlər