Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Qazaxıstana rəsmi səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, M.Çavuşoğlu həmkarı Muxtar Tileuberdi ilə regional məsələləri müzakirə edəcək.
Onun həmçinin Prezident Kasım-Jomart Tokayevlə görüşəcəyi də gözlənilir.