10 C
Baku
Thursday, December 12, 2024

Kreml: Rusiya və Türkiyə prezidentləri bu gün telefonla danışacaqlar

Kreml Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu gün telefon danışığı olacağını təsdiqləyib.

Bu barədə RİA novosti informasiya agentliyi RF liderinin mətbuat katibi Dmitri Peskova istinadla məlumat yayıb. “Bəli. Həqiqətən belə danışıq planlaşdırılır”, – deyə Dmıtri Peskov belə bir telefon danışığının Rusiya Prezidentinin bugünkü planlarına daxil olub-olmadığı barədə suala cavabında bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl demişdi ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqları NATO sammitindən sonraya planlaşdırır.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər