Ukrayna Ordusu 40 hərbçisini itirib, dinc sakinlər arasında 10-a qədər ölən var.
Bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Oleksiy Arestoviç açıqlama verib.
O Xarkov şəhəri yaxınlığında şiddətli döyüşlərin getdiyini, Ukrayna Ordusunun Rusiyanın tank bölmələrinin hücumunu dəf etdiyini söyləyib.