Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib ki, Rusiya Ukrayna hərbçiləri silahı yerə qoyan kimi hər an danışıqlara hazırdır.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Xatırladaq ki, fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Ukraynanın “denasifikasiyası və demilitarizasiyası” məqsədilə ölkəyə qoşun yeritdiyini açıqlayıb. Bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə diplomatik əlaqələri kəsib və ümumi səfərbərlik elan edib.