7 C
Baku
Thursday, December 12, 2024

Paytaxt sakinləri hansı banka daha çox etibar edirlər?

“Azərbaycan banklarından ən çox hansı banka  etibar edirsiniz?” sualına paytaxt əhalisinin əksəriyyəti “Unibank” cavabını verib. Ölkə bankları içərisində kredit məhsullarına görə daha çox əlçatan bank hansıdır sualına da Bakı sakinlərinin  çoxu  “Unibank” deyiblər. Bu nəticələr Business Insight Beynəlxalq Araşdırma qrupunun Bakıda əhali arasında keçirdiyi sorğu zamanı əldə edilib. Sorğuda iştirak edən əksər respondentlər, “Pul vəsaitinə ehtiyac olan zaman yardımçı bank olaraq hansı bankın adını qeyd edə bilərsiniz?” sualına cavab olaraq “Unibank”ı seçiblər. Əmanət xidmətləri üzrə cəlbedici banklar sırasında da Unibank sakinlərin seçdiyi ilk banklar sırasındadır.

Qeyd edək ki, Business Insight şirkətinin sorğusu paytaxtın 11 rayonunun 700-dən artıq sakini arasında keçirib.Sorğu 18-65 yaş arası respondentlər arasında aparılıb.

Ölkənin qabaqcıl banklarından biri  olan Unibank-ın maliyyə bazarında rolu dəfələrlə bir çox beynəlxalq maliyyə institutları və KİV tərərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan  “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə,  Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. Unibank həmçinin biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə “Uğur” Milli Mükafatına layiq görülüb.

Hazırda baş ofis də daxil olmaqla, Unibank  40 filialı ilə müştərilərin xidmətindədir. İldən- ilə xidmət şəbəkəsini genişləndirən bankın  paytaxtda 24, bölgələrdə isə 16 filialı var.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı

reliz

Son xəbərlər
Digər xəbərlər