1 C
Baku
Saturday, December 14, 2024

Qədim Yunanıstanın “möcüzəvi” qanunları

Qeyd etmək lazımdır ki, Qədim Yunanıstan özünün orijinal və qeyri-adi qanunları ilə məşhurdur. Bu qanunları müəyyən mənada heç də ədalətli adlandırmaq olmaz. Məsələn, haqqında ittiham irəli sürülən şəxs azad şəxs olardısa o işgəncə cəzasından azad edilirdi. Lakin bunun əvəzində şahidlər qul statusuna sahib olardısa onlar işgəncələrə məruz qalırdı.

Qədim Yunanıstanda heyvanlar və müxtəlif əşyalara qarşı da ittiham irəli sürülür və insanlar kimi mühakimə edilirdilər. Əgər bir daş, ağac, dəmir və s. bu kimi şeylər yıxıldıqda insanı öldürsəydi və yaxud hər hansı bir zərər yetirsəydi məhkəmə qarşısına çıxarılırdı. Əşyanın günahkar olduğu təyin edildikdə Attikiya sərhədlərindən kənara atılırdı. Yox əgər mühakimə edilən və təqsirli elan edilən canlı heyvan olardısa öldürülürdü.

Qədim Yunanıstanda bir dəfə hətta 1400 qələbə qazanmış qədim yunan atleti Feagenun məşhur heykəli də mühakiməyə cəlb olunmuşdu. O həyatda olarkən Olimpiya çempionu olması şərəfinə heykəl qoyulmuşdu. Feagen dünyasını dəyişdikdə onun sağ ikən məğlub etdiyi rəqiblərindən biri gecələr heykəlin yanına gəlir və onu qamçılamağa başalyırdı. Görünür heykəl elə də möhkəm bərkidilməmişdi. Belə ki, bir gecə rəqib onu adəti üzrə qamçıladıqda həmin şəxsin üzərinə aşır. Heykəl qətl törətməkdə günahkar elan edilir, mühakimə olunur və cəza olaraq dənizə atılır. Növbəti il məhsuldarlıq səviyyəsi enir, vəba xəstəliyi geniş yayılır. Əhali məsləhət üçün kahinə müraciət etdikdə kahin bütün sürgün edilənlərin geri qaytarılmasını əmr edir. Sürgündə olanlar geri qayıtdıqda belə bəlalar tükənmir. Əgali yenidən kahinə kömək üçün müraciət etdikdə o Feagenin heykəlini unutduqlarını deyir. Bundan sonra əhali çətinliklə də olsa, heykəli dənizdən çıxararaq əvvəlki yerində bərpa edirlər.

Son xəbərlər
Digər xəbərlər