“Türkiyə Azərbaycanın haqq savaşına dəstək verdi və bu dəstək yenə davam edəcək”.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə açıqlama verib.
O, eyni zamanda Ermənistanın Xocalıda törətdiyi soyqırımdan danışıb. Bağçı qeyd edib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda vəhşiliyə imza atıblar.
“Bu günə qədər də 4000-ə yaxın Azərbaycan vətəndaşı itkin düşüb”,-deyə səfir əlavə edib.
Bağçı vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə işğalda olan torpaqlarını azad edib və bu işdə Türkiyə Azərbaycana siyasi dəstək verib: “Türkiyə Azərbaycanın haqq savaşına dəstək verdi və bu dəstək yenə davam edəcək. Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik səviyyəsindədir”.