Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra təxminən 120 min insan Ukraynanın qonşu ölkələrlə sərhədini keçib.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu bildirib.
“Hazırda demək olar ki, 116 min insan beynəlxalq sərhədləri keçib. Onların sayı arta bilər. Rəqəmlər hər dəqiqə dəyişir”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü qeyd edib.
Ali Komissarlıq proqnozlaşdırır ki, vəziyyət pisləşərsə, 4 milyona yaxın ukraynalı sərhədi keçə bilər.
Mantu onların əksəriyyətinin qonşu dövlətlərə – Polşa, Moldova, Macarıstan, Rumıniya və Slovakiyaya, bəzilərinin isə Belarusa getdiyini bildirib.