6 C
Baku
Sunday, December 15, 2024

İlin əvvəlindən sahibkarlara 86 mln. manatdan artıq kredit ayrılıb

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 86,1 mln. manat güzəştli kredit verib.

Banker.az Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir ki, 2015-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 2,568 min sahibkarın layihələri maliyyələşdirilib. Bu isə 6 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək.

SKMF cümə axşamı Xaçmaz rayonunda sahibkarlığa dövlət dəstəyi ilə bağlı tədbir keçirib.

İndiyədək Quba-Xaçmaz rayonunda fəaliyyət göstərən sahibkarlar 1,954 min investisiya layihəsinin icrası üçün ümumilikdə 135,3 min manat məbləğində güzəştli kredit alıblar. Bu layihələr çərçivəsində 10,3 mindən artıq yeni iş yeri açılıb.

“Tədbir çərçivəsində 78 sahibkarlıq subyekti 923 min manat güzəştli kredit alıb. Kredit vəsaitləri bağçılıq, heyvandarlıq, üzümçülük, quşçuluq və digər sahələrdə layihələrin reallaşdırılması üçün ayrılıb. Bu layihələrin kreditləşdirilməsi hesabına 120-yə yaxın yeni iş yerinin açılması mümkün olacaq”, – deyə məlumatda vurğulanır.

Son xəbərlər
Digər xəbərlər