Azərbaycanda Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həcmi bir qədər də artaraq 7 milyard 158 milyon ABŞ dolları ekvivalentinə çatıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 28 fevral 2022-ci il tarixinə olan göstəricilərinə istinad edir.
Bu da son ay ərzində 85 milyon dollar (1.21%), illik müqayisədə isə 793 milyon dollar (12.5%) artım deməkdir.