9 C
Baku
Thursday, December 12, 2024

“Chio Chio San”, “Pizza Mizza”, “Naxçıvan” restoranları cərimələndi – Tam siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il martın 1-də ölkə üzrə 339 ictimai iaşə obyektində 594 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Novruzov Polad Məhəmməd oğluna məxsus pub;

2. Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Qafurov Nəriman Qafur oğluna məxsus “Chio Chio San” restoranı;

3. Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 1 ünvanında yerləşən, hüquqi şəxs “Vəhdət firması”na məxsus restoran;

4. Bakı şəhəri, Yasamal rayonu, Parlament pr. 8A ünvanında yerləşən, fiziki şəxs Əhmədov Murad Məmmədrəsuloviçə məxsus “Naxçıvan” restoranı;

5. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi 3, ev 7 ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Kamran Vidadi oğluna məxsus “Alibaba Nargilə Lounge” restoranı;

6. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç., ev 4 ünvanında yerləşən, hüquqi şəxs “Pizza Mizza” MMC-yə məxsus restoran;

7. Bakı şəhəri, Nizami rayonu, İlham Məmmədov küç., ev 815, m.1 ünvanında yerləşən, fiziki şəxs Əliyev İsa Cəfər oğluna məxsus “Halal Manqal” kafesi;

8. Gəncə şəhəri, Fərhad Əliyev küçəsində yerləşən, fiziki şəxs Şükürov Rövşən Qara oğluna məxsus çay evi;

9. Masallı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Həşimov Mirələm Tapdıq oğluna məxsus “Playstation 222” çay evi;

10. Şamaxı rayonu, Şəhriyar küçəsində yerləşən, fiziki şəxs Həsənov Vüsət Nəriman oğluna məxsus “21-ci əsir” çay evi.

Son xəbərlər
Digər xəbərlər