“Rusiya Prezidenti Vladimir Putin Qərbin və NATO-nun cavab verməyəcəyini düşünürdü, amma yanıldı”.
Bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tviter səhifəsində yazıb.
“Putin Qərbin və NATO-nun cavab verməyəcəyini düşünürdü və o, bizi evdə parçalaya biləcəyini düşünürdü. O, yanıldı”, – Ağ Ev rəhbəri əlavə edib.
ABŞ Prezidenti vurğulayıb ki, o, avropalı müttəfiqlərini birləşdirməyə saysız-hesabsız saatlar sərf edib.
“Rus yalanlarını həqiqətlə qarşı-qarşıya qoymuşuq. İndi də azad dünya onu məsuliyyətə cəlb edir”, – Bayden əlavə edib.