20 C
Baku
Thursday, October 23, 2025

Problemli kreditlər daha çox istehlak kreditləri üzrə artıb

Banker.az xəbər verir ki, dövr ərzində vaxtı keçmiş kreditlərin kredit portfelində payı cəmi 0.2 faiz bəndi artaraq 5.3% təşkil etmişdir.

^3B4CD5F970527640464D09CD3F5604FACBFDCCC44DB4B9E7F1^pimgpsh_fullsize_distr

Vaxtı keçmiş kreditlərin artımına qısamüddətli (bir ildən az) kreditlərin töhfəsi 4 faiz bəndi, uzunmüddətli kreditlər töhfəsi isə 19 faiz bəndi olmuşdur. Azərbaycan bank sektorunda vaxtı keçmiş kreditlərin ümumi portfeldə payı beynəlxalq müqayisədə də məqbul səviyyədədir.

Eyni zamanda qeyd etmək lazımdır ki, bank sektorunun bu növ aktivlərdən yarana biləcək potensial itkiləri absorbsiya etmək potensialı yüksəkdir. Son illər istehlak kreditləri bazarında müşahidə olunan aktivlik kredit risklərinin adekvat idarə olunması məsələsini aktuallaşdırmışdır. Belə ki, xüsusi artım təminatsız nağd kreditləri olan digər istehlak kreditləri seqmentində müşahidə olunmuşdur.

Nəticədə bu növ kreditlərin portfeldə payı 2013-cü il ərzində təxminən 10 faiz bəndi artaraq 37.3%-ə çatmışdır. 2014-cü ildə isə bu növ kreditlərin payı 0.3 faiz bəndi azalmışdır

Son xəbərlər
Digər xəbərlər