Ukrayna yaxın günlərdə Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd ölkə ola bilər.
Bunu Polşa xarici işlər nazirinin mavini Marçin Pşıdaç deyib.
“Ukrayna sabah, birigün, gələn həftə Aİ-yə üzvlüyə namizəd ölkə ola bilər. Bu siyasi qərar məsələsidir”, – deyə nazir müavini bildirib.
Pşıdaç əlavə edib ki, artıq 10 Aİ ölkəsi bu addımı dəstəkləyib.
Qeyd edək ki, fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Aİ-yə üzvlüyünə dair müraciəti imzalayıb.
Eyni gün Aİ rəsmiləri Ukraynanın müraciətinin nəzərdən keçirilməsi prosesinə başlayıblar.
Avropa Parlamenti də Aİ-ni Ukraynaya namizəd statusu verməyə çağırıb.