9 C
Baku
Sunday, November 17, 2024

Rusiya XİN: Baydenin bəyanatı Moskvanı qorxutmaq cəhdidir

“ABŞ Prezidenti Co Baydenin Rusiya ilə münasibətlərin tamamilə kəsilməsi ilə bağlı bəyanatı Rusiyanı qorxutmaq cəhdidir. Heç kim ABŞ-la dialoqu kəsmir”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Bu, bizi qorxutmaq üçün növbəti cəhddir. Amma biz hədə-qorxuya boyun əymirik. Bir daha deyirəm və vurğulayıram ki, biz inamla, sakit işləyirik. Qarşımızda konkret vəzifələr var, onlarla məşğul olacağıq. Heç kim ABŞ-la dialoqu kəsmir. Bu dialoqun formatları, kanalları ayrı məsələdir və bu kanalların konfiqurasiyası bizim qarşımızda duran vəzifələrin xüsusiyyətlərindən asılıdır”, – Ryabkov RBK-ya müsahibəsində bildirib.

Qeyd edək ki, Co Bayden Rusiya-ABŞ münasibətlərinin tamamilə kəsilmə dövrünü yaşadığını bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər