Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salmana telefonla zəng edib.
Rəsmi SPA agentliyi xəbər verir ki, Məhəmməd bin Salman Rusiya Prezidentinə Ukrayna ilə bağlı yaranmış böhranın siyasi yolla həllinin vacibliyini söyləyib və krallığın bu məsələdə vasitəçiliyini təklif edib.
Agentliyin məlumatında bildirilir ki, Ukrayna ilə bağlı böhranla əlaqədar qlobal neft bazarında sabitliyin qorunub saxlanılmasının zəruriliyini qeyd edən vəliəhd şahzadə bildirib ki, Səudiyyə Ərəbistanı “OPEC+” alyansı çərçivəsində əldə olunmuş razılaşmaya sadiqdir.