Azərbaycanda genetik modifikasiya olunmuş yem məhsullarına dair tələblər müəyyən edilib.
Bu, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinində əksini tapıb.
Layihədə qeyd olunub ki, Azərbaycan ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan sonra icazə verilir.
Bu Qanunun 25.8-ci maddəsində nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçməmiş yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır.
Azərbaycan ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının ilkin istehsalı qadağandır.
Genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları bu Qanunun 25-ci maddəsinə əsasən qeydiyyata alınması üçün aşağıdakı tələblərə cavab verməlidir:
1. həyat və sağlamlığa zərərli olmamalı;
2. istehlak xüsusiyyətləri ilə bağlı istifadəçiləri aldatmamalı;
3. heyvanların normal qidalanması üçün əvəz etdiyi məhsullardakı zəruri inqrediyentlərə malik olmalıdır.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.