Dövlət istehlakının artmasına baxmayaraq, dövlət büdcəsinin kəsiri tarixi maksimumu keçməmiş və məqbul səviyyədə olmuşdur.
Banker.az məlumat verir ki, istehlak xərcləri 2014-cü ildə 12.1% (2013-cü ildə 12.9%) artmışdır. 2014-cü ildə əhalinin gəlirləri 4.8% (2013-cü ildə 8.0%) artmışdır. 2014-cü il ərzində gəlirlərin 68.8 %-i son istehlaka yönəldilmişdir. Əhalinin sərəncamında qalan 35,9 mlrd. manat məbləğində olan gəlir əvvəlki illə müqayisədə 5.1% çox olmuşdur.
2015-ci ilin I-ci rübündə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 5.3% artaraq 9,5 mlrd. manata çatmış, onun bir nəfərə düşən həcmi orta hesabla 996,8 manat təşkil edərək 4.0% artmışdır. Bu dövr ərzində gəlirlərin 75.7%-i son istehlak xərclərinə sərf edilmişdir. Əhalinin sərəncamda qalan gəlirləri 8,6 milyard manat təşkil etmiş və əvvəlki ilin eyni dövründəkindən 5.3% çox olmuşdur.