15 C
Baku
Friday, October 24, 2025

“Ferris çarxı”-nın yaradılması

Dünyada ilk “şeytan çarxı” sağlam rəqabətin nəticəsi olaraq yaradılmışdır. Bu çarx Eyfel qülləsinə layiqli cavab olaraq təyin edilmişdi. 1893-cü ildə Çikaqoda keçirilən ümumdünya sərgisində ambisiyalı amerikalılar əvvəl Parisdə keçirilən sərgi zamanı dünyaya Eyfel qülləsini təqdim etmiş fransızları geridə qoymağı planlaşdırmışdılar.

Körpü tikintisi üzrə mütəxəssis olan mühəndis George Washington Gale Ferris dünyanı tamamilə yeni tikinti – kabinlərində əyləşərək ətrafı seyr etmək mümkün olan, fırlanan polad çarx yaratmaq ideyasını irəli sürür. Çarx tam zamanında inşa edilir. Onun diametri 75 metr, çəkisi təqribən 2 min tona bərabər idi. Bu çarxın hündürlüyü o dövrdəki bütün uca göydələnləri geridə qoymuş, çarxın özü isə min at gücünə sahib buxar maşınlarının köməyi ilə fırlanırdı. Çarxda 36 kabin var idi ki, onların hər birinə 60 sərnişin daxil ola bilərdi. Çarxı saxlayan əsas dirəyin çəkisi 70 ton idi və o dövr üçün ən böyük dəmir detal idi.

Çikaqolu çarxın uğuru möhtəşəm idi. Ferrisin ideyası bütün dünyaya yayılır və cəmi 10 ildən sonra dünyada artıq 100-dən çox belə çarx mövcud idi. İngilis dilində bu “şeytan çarxı” hələ də “Ferris çarxı” adlandırılır.

Son xəbərlər
Digər xəbərlər