Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti dünən qeydə alınan rekordu yeniləyib.
7 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) aprel fyuçerslərinin qiyməti 2 600 ABŞ dollarının ötüb.
Beləliklə Avropada qazın qiyməti 2 603,5 dollar təşkil edib ki, bu da öncə ki hesablama qiyməti (2 170,2 dollar) ilə müqayisədə 20% çoxdur.